Məqalələr
Bir Şahmat Oyununu Necə Təşkil Etməli

Bir Şahmat Oyununu Necə Təşkil Etməli

CHESScom
| 55 | For Beginners

Bir şahmat oyununu təşkil etmək asandır. Oynamaq isə şətin ola bilər.

Bir oyun təşkil etmək belə olur.

1-ci Addım: Harada oynamağa qərar verin. 
Yaxınlığınızdakı dostunuzla əsl lövhədə oynamaq istəyirsiniz yoxsa xətdə gözləyən milyonlarla adamla? Hər iki halda səhv etmiş olmazsınız!

Əsl lövhədə oynamaq üçün sizə şahmat dəsti lazımdır. İnternet üzərindən oynamaq üçün sadəcə olaraq Chess.com-da qeysiyyatdan keçin (pulsuzdur).

2-ci Addım. Lövhəni düzün. 

Oyuna başlamazdan əvvəl lövhəni düzmək lazım olacaq. Bu oyunda yenisinizsə əmin olun ki, lövhəni necə düzməyi təkrarlamısınız. İnternet üzərindən oynayırsınızsa o sizin üçün hazır düzüləcək.

3-cü Addım. Rəqibə meydan oxuyun. 
Əgər evdə oynayırsınızsa onda siz dostunuza üz-üzə meydan oxuya bilərsiniz. Yox əgər siz internet üzərindən oynamaq istəyirsinizsə onda ya təsadüfi rəqib ya da dostunuza oynamaq üçün meydan oxuya bilərsiniz. Oyunçu aparsın!

4-cü Addım. İlk gedişinizi edin. 

Oyun başlayan kimi ilk gedişinizi etmək lazımdır. Əgər necə gediş edəcəyinizi bilmirsinizsə bizim şahmat qaydaları haqqındakı məqaləmizi oxuyun. Əgər oynamağı bilirsiniz amma ən yaxşı açılış gedişləri haqqında tərəddüdləriniz varsa onda yeni başlayanlar üçün ən yaxşı açılışlar haqqında olan bu məqləmizə baxın.

5-ci Addım. Yaxşı rəqib olun. 
Başqası ilə oynayanda qızıl qaydanı həmişə yadınıza salın. Özünüz üçün istəmədiyiniz bir şeyi rəqibinizə etməyin. Buraya duruxmaq, oyunu tez tərk etmək, və xoşagəlməz sözlər demək daxildir. Başa düşən rəqib olmağa çalışsanız oyunun (və dünyanın) daha yaxşı yer olmasına kömək etmiş olarsınız.

Əgər növbəti şahmat oyununuzu təşkil etmək üçün möhtəşəm bir yer axtarırsınızsa Chess.com-u yoxlayın.

CHESScom istifadəçisindən daha çox
Şahmat Necə Oynayırlar | Qaydalar + 7 İlk Addım

Şahmat Necə Oynayırlar | Qaydalar + 7 İlk Addım

Onlayn Şahmat Oynamaq Üçün Ən Yaxşı Yer

Onlayn Şahmat Oynamaq Üçün Ən Yaxşı Yer